Səhnədən uzaqlaşan Yaqut Babayeva ÜZƏ ÇIXDI: “Bir neçə biznesim var” - VİDEO

Səhnədən uzaqlaşan Yaqut Babayeva ÜZƏ ÇIXDI: “Bir neçə biznesim var” - VİDEO

Hazırda oxunan: Səhnədən uzaqlaşan Yaqut Babayeva ÜZƏ ÇIXDI: “Bir neçə biznesim var” - VİDEO

131603

Efirlərdən və səhnədən uzaqlaşan müğənni Yaqut Babayeva uzun zamandan sonra üzə çıxıb.

Bizim.Media xəbər verir ki, sənətçi “Elgizlə izlə” ictimai-sosial verilişinə qonaq gəlib.

Tamaşaçıları intizarda saxlamaq üçün efirə üzü bağlı qara maskada çıxan Yaqut ailəsindən söz açıb: 

“Mən çoxdan ailə qurmuşam. İkinci övladım dünyaya gələndən sonra bir müddət boşluqlar yarandı. İki övladım var. Bir qız, bir oğlan. İki qız nəvəm var. Qızımın qızlarıdır. Oğlumun 25 yaşı var. Hazırda subaydır”. 

Y.Babayeva bildirib ki, illər əvvəl saçının düzümünə və rənginə görə onu Əməkdar artist Mətanət İsgəndərliyə bənzədiblər: 

“İndi məni Mətanətə oxşatmırlar. Amma illər əvvəl ikimizin də saçı qara rəngdə idi. Xalq artisti Ənvər Sadıxovun toyunda ikimiz şəkil çəkdirmişik. Bir-birimizə o qədər oxşayırıq ki, elə bil ki, bir adamıq. Saçımızın forması, görünüşümüz hamısı eyni idi. O zaman belə kəkillər də dəbdə idi. Ondan sonra saçımı saraltdım ki, Mətanətlə seçilək”. 

Y.Babayeva bir neçə biznesə sahibdir olduğunu bildirib:

“Şirniyyat biznesim var. Ona görə belə çəki almışam (gülür). Yetərincə müştərilərim var”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO