Günay İbrahimli: “Bunun şəxsi həyata heç bir əlaqəsi yoxdur” - VİDEO

Günay İbrahimli: “Bunun şəxsi həyata heç bir əlaqəsi yoxdur” - VİDEO

Hazırda oxunan: Günay İbrahimli: “Bunun şəxsi həyata heç bir əlaqəsi yoxdur” - VİDEO

131437

Bir neçə gün əvvəl saçlarını qısa kəsdirən müğənni Günay İbrahimli bu addımını şəxsi həyatında problemlər yaşaması və depressiyaya düşməsi ilə əlaqələndirənlərə cavab verib. 

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində danışıb. 

Estrada ulduzu saçlarının qısa kəsdirməsinin şəxsi həyatı ilə heç bir əlaqəsinin olmadığını bildirib: 

“Bu imic dəyişikliyidir. Hər iki aydan bir saçlarımda dəyişiklik edirəm. İndi də tədbirlər yoxdur. Saçlarımı kəsdirdim ki, dincəlsinlər, baxım edim. Şəxsi həyatımla heç bir əlaqəsi yoxdur”. 

Proqramın aparıcısı Tural Əsədovun “Aygün Kazımova, yoxsa Röya Ayxanla duet oxuyarsınız?” sualına Günay “Aygün Kazımova ilə oxuyaram” deyə cavab verib. 

Daha sonra aparıcının “Toyunu Elton Hüseynəliyev, yoxsa Abbas Bağırova həvalə edərsən?” sözlərinə “Abbas Bağırov” deyə qısa fikrini bildirib. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO