“40 yaşımdan sonra mən də “dağınıq skleroz” xəstəliyinə düçar oldum. Hazırda 42 yaşım var. Hər şey yaxşı idi. Pandemiya olanda Vətəni tərk edib, başqa ölkədə yaşadım. Gözümdə problem əmələ gəldi. Düşündüm ki, bəlkə soyuq dəyib və ya nəsə oraya düşüb. Gördüm ki, gözümdə problem getdikcə böyüyür, həkimə gedib, yoxlamadan keçdim.
Müayinədən sonra problemin gözdə yox, başda olduğunu söylədilər. Sonradan “ataka”larım başladı və nəticədə bir gözümdə görmə qabiliyyətimi itirdim. Digər gözümdə isə görmə qabiliyyətimin əlli faizini itirdim. Bu xəstəliklə yaşayıram, tam sağalan deyil”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İntizar Məmmədov qonaq olduğu “Günün sədası” verilişində deyib.
İki ildir ki, “dağınıq skleroz”dan əziyyət çəkən sənətçi xəstəliyindən söz açıb. İntizar bildirib ki, bu xəstəliyin ilkin mərhələsində bir gözündə görmə qabiliyyətini itirib:
“Həkimim Rusiyadadır. Zamanında bu xəstəliyin üstünə düşdüm və “ataka” olan kimi müalicələrə başladım. Həyat tərzini tamamilə dəyişmək lazımdır. Əsəbiləşməmək olmaz, ət və yağlı yeməklərdən uzaq olmaq lazımdır. Ağır xəstəlikdir. Dərmanlar bu xəstəliyin böyüməsini qarşısını alır, gecikdirir. Amma mən bu xəstəlik üçün nəzərdə tutulan iynəni vurdurmuram.
Lakin həkimlərdən biri mənə söylədi ki, iynəni vurdurmasan, əlil arabasına oturacaqsan. Mən başqa bir dağınıq skleroz xəstəsi ilə əlaqə saxladım o da həmin iynəni vurdurmayıb. Sadəcə müxtəlif “D” vitaminli keyfiyyətli dərmanlar var, onları qəbul edirəm. Ölümcül xəstəlik deyil. Əlil arabasına düçar olmaq, halsızlıq, yeriyə bilməmək, tanımamaq, huşun getməsi kimi hallar yaşanır”.
Gözlənilmədən şiddətli ağrılarının olduğunu söyləyən İ.Məmmədov həyat yoldaşının dəstəyindən də danışıb:
“Üç övladım var. Xanımın mənə bu xəstəliyimlə bağlı çox yardımçı oldu. Ona çox minnətdaram, həkimliyi bilir. Onun dəstəyi ilə ayaqdayam və bu vəziyyətdəyəm. Birdən elə ağrılarım olur ki, qıcolmalarım başlayır. Başda elə qürultu olur ki, ancaq qaçıb qışqırmaq istəyirsən ki, səs gəlməsin. Çəngəl və qab yumağın səsi gələndə başım götürmür”.
- A-
- A
- A+
Şoutaym
12:50 / 18.04.2023
Azərbaycanlı müğənni: “Həkim dedi ki, iynəni vurdurmasan, əlil olacaqsan” - VİDEO
Hazırda oxunan: Azərbaycanlı müğənni: “Həkim dedi ki, iynəni vurdurmasan, əlil olacaqsan” - VİDEO
Hazırda oxunan: Azərbaycanlı müğənni: “Həkim dedi ki, iynəni vurdurmasan, əlil olacaqsan” - VİDEO
131414
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.