Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənov Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, bloqer paytaxtda olduğu zaman komfortunu təmin etmək üçün avtosalonların birindən parlaq göy rəngdə, üstü açılan, iki oturacaqlı “Lamborghini” markalı lüks avtomobilə sahiblənib.
Həmin anları isə Hüseyn sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Həsənov paylaşdığı görüntülərə “Bakıdakı avtomobil qarajımı bu avtosalondan yeniləyəcəyəm” sözlərini yazıb.
Daha sonra bloger aldığı yeni nəqliyyat vasitəsini Neftçilər prospekti boyunca “test-drive” edib.
Qeyd edək ki, Hüseyn Həsənovun şəxsi qarajında “Lamborghini Urus” - 548 min manat, “Rolls-Royce Cullinan” - 685 min manat, “Lamborghini Aventador” - 550 min manat, “Mercedes-AMG G63” - 822 min manat avtomobilləri var. Bloqer qırmızı rəngi sevdiyindən adıçəkilən lüks avtomobilləri qırmızıya boyadıb. Onun Dubaydan aldığı sonuncu “Bugatti Chiron Super Sport” avtomobilinin qiyməti isə 3.8 milyon avrodur (təxminən 6.8 milyon manat).
Rəşad Əliyev, Bizim.Media