Könül Xasıyeva xəstəliyindən DANIŞDI: “Keçən il boğazıma “divan tutdum” - VİDEO

Könül Xasıyeva xəstəliyindən DANIŞDI: “Keçən il boğazıma “divan tutdum” - VİDEO

Hazırda oxunan: Könül Xasıyeva xəstəliyindən DANIŞDI: “Keçən il boğazıma “divan tutdum” - VİDEO

130926

“Hamının başı qarışıb özünə. Kimdən nə umasan? Allah görən, biləndir. Allah hər şeyi insan üçün verib. Xoş günümüz də olur, yıxılıb-duran bir həyat yaşayırıq. Əsas odur ki, xalqın sevgisi azalmasın, övladlarımıza qıymasın, cavanlarımızı qorusun. Yarım əsrdən beş il çox yaşamışam. Çox şükür. Bu gündən sonra da hər açılan səhərimizə şükürlər olsun”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva qonaq olduğu “Günaydın, Azərbaycan!” səhər şousunda deyib.  

Sənətkar aylar əvvəl boğazında aşkarlanan bəd xassəli şiş xəstəliyindən söz açıb. K.Xasıyeva bildirib ki, o, anadan gəlmə astma xəstəliyindən əziyyət çəkir:

“İnsan hər halı ilə Allaha şükür etməlidir. Mən hər zaman hər halımda Allaha şükür etmişəm. Xəstəliyin (xərçəng – red.) adını çəkmək istəmirəm. O xəstəlik adında bir şey yoxdur. B17 adlı vitamin çatışmazlığı var. Hansı xəstəlik olursa olsun, vaxtından əgər aşkar olundusa olundu. O xəstəlik üçün tələb olunan vəsait əlində varsa... Mən vaxtında çox təsadüf nəticəsində xəstəliyimi bildim. 23 il idi ki, bu xəstəlik məndə var idi. Həkimim 23 il idi mənə söyləyirdi ki, onun dinamikasını müşahidə et, yoxlatdır. Hansı xarici ölkəyə gedirdimsə, birinci xəstəliyimin dinamikasını yoxlatdırırdım. Elə də qalmışdı yerində. Keçən il isə boğazıma divan tutdum. Soyuq su içdim. Mən , 43 ildir ki, bu sənəti astma xəstəliyi ilə yaşadım. Anadan gəlmə astma xəstəsiyəm. Boğulmalarım olur. Elə zamanlar olub ki, rayondan toydan qayıdanda avtomobilin işığında tibb bacısı mənim venama iynə vurub. Mən o vəziyyətdə məclislərdə, dövlət tədbirlərində də iştirak edirdim. Heç kim də bilmirdi, hiss etmirdi”.  

Qeyd edək ki, aylar əvvəl boğazında bədxassəli şiş aşkarlanan xanəndə sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada bildirmişdi ki, Almaniyada müalicəsi üçün 150 min dollar, yəni 254 min manata ehtiyacı var. Daha sonra Könül Xasıyeva həmin məbləği topladığını açıqlamışdı.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO