Şəfəq Novruzova: “Atam dünyasını dəyişəndən sonra ölmək istədim\

Şəfəq Novruzova: “Atam dünyasını dəyişəndən sonra ölmək istədim\" - VİDEO

Hazırda oxunan: Şəfəq Novruzova: “Atam dünyasını dəyişəndən sonra ölmək istədim\" - VİDEO

130317

“O gün bir qızın atasının vəfatına dözməyib, intihar etdiyini eşitdim. Bir daha başa düşdüm ki, mən yaxşı qutardım. Yoxsa beynimdən min dənə şey keçirdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Ramiz Novruzun vizajist qızı Şəfəq Novruzova sosial şəbəkə hesabında yazıb. 

Atasını itirəndən sonra sarsıntı keçirən Şəfəq özünə əzab vermək məqsədi ilə saçlarını kəsib.

O, saçlarını düzgün şəkildə kəsdirmək üçün saç ustasına müraciət edib. Həmin anları lentə alaraq, izləyiciləri ilə bölüşən mərhum aktyorun qızı etdiyi hərəkəti bu sözlərlə ifadə edib:  

“Atam (Xalq artisti Ramin Novruz – red.) dünyasını dəyişəndən bir həftə sonra beynimdən keçən "Özümə nə ilə cəza verə bilərəm?" fikrindən sonra ac qalmaq istədim. Gücüm yetmədi. Ölmək istədim, cürət edə bilmədim. Yəqin qorxağam. Özümə cəza vermək məqsədilə küt qayçı ilə saçlarımı necə gəldi kəsdim. Bir şeyə şok olmuşam, saçımda ağ tük demək olar ki, yox idi. İndi gördüm ki, saçlarım ağappaq olub. İlk dəfədir belə şeyin şahidi oldum. Bu videonu ona görə paylaşdım ki, birdən-birə məni bu qədər qısa saç ilə görüb qorxmayın, gülməyin mənə. Çünki hər dəfə başı bağlı və ya pariklə gəzə bilməyəcəyəm. Düzələr narahat olmayın. Atam demişkən: Bu da keçər...”. 

Qeyd edək ki, Ramiz Novruz uzun sürən mədə xərçəngindən fevralın 20-si müalicə aldığı özəl klinikaların birində 67 yaşında dünyasını dəyişib.  

Rəşad Əliyev, Bizim.Media
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO