Bu gün doğum günü olan müğənni Ayan Babakişiyeva Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimizin ruhunu əziz tutaraq, ad günü keçirməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında status yazıb.
“Bu gün doğum günüm olsa da, Vətənim üç şəhid verdiyi ərəfədə mən ad günü nəyin ki qeyd edə bilərəm, heç bu barədə düşünə də bilmərəm. Bir Allah bilir ki, Müdafiə Nazirliyinin yaydığı xəbərləri necə ürəkağrısı və həyəcanla oxuyurdum. Üç şəhidimiz var. Onlara Allahdan rəhmət, ailələrinə, doğmalarına səbr diləyirəm.
Bu, mənə yad hisslər deyil. Bu gün biz rahat yaşayırıqsa, bu, Vətən keşiyində duran mərd oğulların, igid əsgərlərimizin sayəsindədir.
Düşmənlə üzbəüz duran hər bir hərbçilərimizin sağ-salamat evlərinə dönmələrini arzu edirəm. Ötən gecə həm də Qədr gecəsi idi. Ailəliklə birlikdə əsgərlərimiz üçün dualar etdik. Allah hər birinin yardımçısı olsun. Doğum günümü təbrik edən hər kəsə isə minnətdarlığımı bildirirəm”, - deyə Ayan vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:10 / 12.04.2023
Ayan şəhidlərə görə doğum gününü təxirə saldı - FOTO
Hazırda oxunan: Ayan şəhidlərə görə doğum gününü təxirə saldı - FOTO
Hazırda oxunan: Ayan şəhidlərə görə doğum gününü təxirə saldı - FOTO
130275
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.