Viktoriya Bekhem oğlunun evlilik ildönümündə

Viktoriya Bekhem oğlunun evlilik ildönümündə "düşmən" gəliniylə bir arada - FOTO

Hazırda oxunan: Viktoriya Bekhem oğlunun evlilik ildönümündə "düşmən" gəliniylə bir arada - FOTO

130171

Viktoriya və Devid Bekhemin böyük oğulları Bruklin və gəlinləri Nikola Peltz evliliklərinin ilk ildönümünü qeyd ediblər. 

Bizim.Media xəbər verir ki, bunun üçün Bekhemlər Mayamiyə oğlugilə gediblər. 

Viktoriya ilə gəlini ilə arasında olan bütün şayiələrin əksinə olaraq, birlikdə ailə fotoları çəkdirərək qucaqlaşıblar. 

“Birinci ildönümünüzü qeyd etmək üçün birlikdə olmaq inanılmazdır! Biz sizi çox sevirik”, - deyə Viktoriya paylaşımına şərh yazıb. 

Nikola isə cavab olaraq “Bu gün çox əyləncəli idi! Biz də sizi çox sevirik” sözlərini yazıb. 

Qeyd edək ki, Bekhemlər sülaləsində uzun müddətdir ki, problemlərin olduğu ilə bağlı söz-söhbət gəzir. Ulduz ailəsinə yaxın müxtəlif mənbələrə görə, Viktoriya Nikola Peltzlə anlaşa bilmir. Bruklin Bekhem ötən ilin aprelində milyarder maliyyəçi Nelson Peltzin Nikola adlı qızı ilə nikah bağlayıb.  








Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO