İlkin Əhmədov: “Rövşanə başından böyük danışmasın, yoxsa...” - ÖZƏL

İlkin Əhmədov: “Rövşanə başından böyük danışmasın, yoxsa...” - ÖZƏL

Hazırda oxunan: İlkin Əhmədov: “Rövşanə başından böyük danışmasın, yoxsa...” - ÖZƏL

130153

Xəbər verdiyimiz kimi, Əməkdar artist İlkin Əhmədovun “Space səhər” verilişinə gəlməməsi sözügedən proqramın aparıcısı Rövşanə Ağasəfqızını özündən çıxarıb. Aparıcı xanəndənin bu hərəkətinə cavab olaraq, canlı efirə buraxmayıb. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Əməkdar artistlə əlaqə yaradıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Aparıcı Rövşanə Əməkdar artisti BİABIR ETDİ: “Nə haqla efirimizi boş qoyursan?” - VİDEO


Sənətçi aparıcının ittihamlarına belə cavab verib:  

“Mənə öncə dedilər ki, efirə saat 08:00-da gəlim. Dedim ki, mümkün deyil. Gecikərəm. Sonra isə dedilər ki, 09:00-da studiyaya girəcəksən. Səhər tezdən tıxac olduğu üçün efirə 25 dəqiqə gecikdim. Sonra eşitdim ki, Rövşanə məni efirə buraxmadığını deyib.

Çıxıb efirdən xalqın və televiziyanın adından danışmağa haqqı yoxdur. Rövşanənin cavabını çox pis formada verə bilərəm. Başından çox böyük sözlər danışmasın. Bundan sonra da o haqqımda nələrsə danışsa hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO