Türkiyənin məşhur model və aparıcısı Çağla Şikel növbəti açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, podium ulduzu oğlu Kuzeylə birlikdə alış-verişdə olanda bəyəndiyi ayaqqabının şəkilini çəkib.
Mağazadan əli boş çıxan Çağla jurnalistlərin onu çəkdiyini görən zaman bu sözləri dilə gətirib:
"Bəyəndiyim ayaqqabının qiyməti 200 min lirədir (təxminən 17680 manat). Bu pulu bir ayaqqabı üçün vermərəm. Həmin ayaqqabının fotosunu çəkib, Amerikada yaşayan dostuma atdım. Əgər orada uyğun qiymətə bu ayaqqabını tapsam, alacağam".
Rəşad Əliyev, Bizim.Media