Miri Yusifin xanımı: “Anam deyirdi ki, özün kimi avaraya ərə gedəcəksən” - VİDEO

Miri Yusifin xanımı: “Anam deyirdi ki, özün kimi avaraya ərə gedəcəksən” - VİDEO

Hazırda oxunan: Miri Yusifin xanımı: “Anam deyirdi ki, özün kimi avaraya ərə gedəcəksən” - VİDEO

129079

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.  

Bizim.Media xəbər verir ki, sənətçinin xanımı sosial şəbəkə hesabında video yayımlayaraq, bir zamanlar Miri Yusifin pərəştişkarı olduğunu söyləyib. 

“Universitetdə oxuyanda Miri Yusifin “Avara” adlı albomu çıxmışdı. Biz heç tanış da deyildik. Oradakı “Avara” mahnısını səhərdən gecəyə kimi oxuyurdum. Anam bezmişdi, deyirdi ki, bu nə mahnıdır qulaq asırsan?

Özün kimi avaranı tapıb ərə gedəcəksən. Dedi və bir il sonra Miri Yufilə tanış olduq, 2 ay sonra evləndik. Anam kainata necə mesaj yolladısa, mən sevə-sevə dinlədiyim musiqiçi ilə evləndim”, - deyə Nərgiz bildirib. 

Qeyd edək ki, Miri Yusifin ailəsi hazırda İzmirdə yaşayır. Cütlüyün 3 övladı var. Onlar İzmirdə təhsil alırlar. Nərgiz isə “food bloger”dir. O, Xalq artisti Fidan Qasımovanın ögey qızıdır. Yəni F.Qasımovanın oğlu Fəridlə Nərgizin ataları doğma,  anaları ayrıdır.  
 




Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO