Rəşad Dağlının ailəsi müraciət etdi:

Rəşad Dağlının ailəsi müraciət etdi: "Aldanmayın, adımızdan pul yığırlar" - FOTO

Hazırda oxunan: Rəşad Dağlının ailəsi müraciət etdi: "Aldanmayın, adımızdan pul yığırlar" - FOTO

129064

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının ailəsi izləyicilərə müraciət edib.

Bizim.Media xəbər verir ki, söz xiridarının oğlu Yusifə aid olan “Instagram” hesabında paylaşılan postda bildirib ki, onların adından dələduzluq edilib.

Meyxanaçının övladı Yusif qeyd edib ki, onun adından “TikTok”da səhifə açılıb, pul yığılır.

“Xahiş edirəm, diqqətli olun. İstəmirəm kimisə aldatsınlar, adımdan pul yığsınlar. Əgər canlı yayım açsam, üzümü göstərəcəyəm və danışacağam”.

Yusif həmçinin əlavə edib ki, açılan hesabda canlı yayımlar zamanı onlara məxsus videolar nümayiş edilir.

Qeyd edək ki, noyabrın 9-da Rəşad Dağlı İskəndər Mehdiyevə 14 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.     

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO