Ötən il dünyanın ən gözəl qadını seçilən holland əsilli amerikalı supermodel Bella Hadidin başı dərddədir.
Bizim.Media xəbər verir ki, 2012-ci ildə diaqnoz qoyulan “Laym” xəstəliyi (Laym xəstəliyi gənələr vasitəsilə yayılan infeksion xəstəlikdir. Gənə dişlədiyi yerdə dəri qızarır, qırmızı ləkə əmələ gəlir.
Qırmızı ləkə tədricən böyüyərək diametri 1-10 sm-dən 60 sm-ə qədər böyüyür) səbəbindən onun immun sistemi nəzərəçarpacaq dərəcədə zəifləyib. Nəticədə Bellanın dişlərində problem yaranıb.
Bir il əvvəl podium ulduzu, dişinin kök kanalında təcili cərrahiyyə əməliyyatı keçirib, lakin növbəti dişin altında infeksiya yaranıb. Həkimlər Bellaya ən güclü antibiotiklər təyin ediblər, buna görə də üzünün dərisi dəhşətli vəziyyətə düşüb.
Hadid səhhətini “TikTok” sosial şəbəkə hesabında belə şərh edib:
“Güzgüyə baxmağa və şəkil çəkməyə nifrət edirəm, xüsusən də son vaxtlar. Görünüşümdən bezmişəm. İldən-ilə özümü xəstə hiss edərək peşəmlə məşğul olmaq çətinləşir”.
Bella bütün fotolarda fərqli görünməsindən narahatçılıq keçirdiyini deyib: “Son səkkiz ildəki şəkillərimə baxsanız, fərqi görə bilərsiniz. Sanki başqa qızam".
Rəşad Əliyev, Bizim.Media