Britni Spirs gənc ərindən ayrılıb? - AÇIQLAMA - FOTO 

Britni Spirs gənc ərindən ayrılıb? - AÇIQLAMA - FOTO 

Hazırda oxunan: Britni Spirs gənc ərindən ayrılıb? - AÇIQLAMA - FOTO 

128407

Ötən gün xarici mətbuatda dünya pop səhnəsinin ulduzu Britni Spirsin gənc həyat yoldaşı Sem Asgaridan ayrıldığı ilə bağlı xəbərlər yayılıb.  

Bizim.Media xəbər verir ki, cəmi 10 aylıq evlilikdən sonra cütlüyün sosial şəbəkə hesablarında paylaşdığı görüntülərdə barmaqlarında nikah üzüklərinin olmaması ilə diqqətləri üzərlərinə cəmləyiblər.   

Həmçinin pop ulduz yaxın dostu və meneceri Keyd Hadson ilə birlikdə Meksikaya tətilə getdiyi də üzə çıxıb.  

Semə yaxın mənbə “Page six” nəşrinə açıqlamasında cütlüyün ailələrindən heç bir problemin olmadığını bildirib. 29 yaşlı fitnes məşqiçinin üzüyünü çıxartmasına səbəb isə onun filmlərin birinə çəkilməsi olub.  

Bundan sonra isə pop ulduzun əri barmağında üzüklə sosial şəbəkə hesabında fotolarını paylaşaraq, yayılan ayrılıq iddialarının yalan olduğuna işarə vurub.   

Lakin Britni yayılan şaiələrə şərh verməkdən boyun qaçırıb.   

Qeyd edək ki, iyunun əvvəlində Britni sevgilisi məşhur fitnes məşqiçi Sem Asgeri ilə evlənmişdi.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO