\

\"Buraxın qəlbi qaralmış insanları dinləməyi\" - Məşhur müğənni medianı qınadı

Hazırda oxunan: \"Buraxın qəlbi qaralmış insanları dinləməyi\" - Məşhur müğənni medianı qınadı

12830

26 Fevralda bütün dünyada yayımlanacaq olan İngilis mahnısı “Retrograde” üçün həyəcan keçirən Aleyna Tilki medianı qınayıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, o sosial media hesabında bu barədə paylaşım edib.

“Qarşınıza çox kiçik yaşda çıxdım. Nə qədər çalışdığımı hamınız bilirsiniz… Və bu dəfə, gənc olmağıma baxmayaraq, uzun müddət tək Amerikada qalmağa, bütün uşaqlığımı işimə qurban verməyə dəydi.

Artıq 26 Fevralda ölkəmi dünyada təmsil etmək üçün böyük bir addım atıram. Atdığım tək bir addım belə hər yerdə xəbər olarkən, dünyada çıxacaq olan mahnımı dəstəkləmədiniz.

Sizdən bəzən küssəm də, sizi həqiqətən çox sevdim və soyuq havalarda, çətin anlarda belə bacardığım qədər sizə vaxt ayırdım.

Hər işə hörmət etdiyim kimi, sizə də çox hörmət edirəm. Məni nə qədər sevdiyinizi, mənə nə qədər inandığınızı bilirəm. Buraxın qəlbi qaralmış o insanları dinləməyi”,-  deyə müğənni paylaşımında bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO