Gülşən deputatlığa namizəd olacaq? - AÇIQLAMA

Gülşən deputatlığa namizəd olacaq? - AÇIQLAMA

Hazırda oxunan: Gülşən deputatlığa namizəd olacaq? - AÇIQLAMA

128195

“İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə  həbs edilən və daha sonra sərbəst buraxılan Türkiyənin pop ulduzu Gülşən Çolakoğlunun CHP-dən millət vəkili namizədliyi təklif edildiyi iddia edilib.  

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, sənətçinin seçkilərə qədər Türkiyəyə gəlməyəcəyi və ölkəyə qayıdıb-dönməyəcəyinə seçkinin nəticələrinə görə qərar verəcəyi də iddia edilib. 

Ölkəsinin mətbuatında gəzib-dolaşan xəbərlərə Gülşənin vəkili Emek Emre açıqlama verib. 

O bildirib ki, pop ulduz siyasət haqqında düşünmür: 

“Gülşən siyasət haqqında düşünmür və onun yerinin parlament deyil, səhnə olduğunu vurğulayır. Sənətçi Türkiyəyə seçkilərə qədər gəlməyəcək və partiyaya qayıdıb-qayıtmayacağına özü qərar verəcək”. 
Qeyd edək ki, Gülşən beş yaşlı oğlu ilə İspaniyaya köçüb.  

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO