Cavanşir Məmmədov: “Hər şeyi dəyişmişəm, arvaddan başqa” - VİDEO

Cavanşir Məmmədov: “Hər şeyi dəyişmişəm, arvaddan başqa” - VİDEO

Hazırda oxunan: Cavanşir Məmmədov: “Hər şeyi dəyişmişəm, arvaddan başqa” - VİDEO

127549

“Musiqiçilər heç biri milyoner deyil. Yalandan danışırlar. Bu sənətdə ən çox pul qazanan qarmon ifaçısı Aftandil İsrafilovdur. Qazansam da, mən işlər də görmüşəm. Ev, avtomobil almışam, uşaqlarımı oxutdurmuşam və nə problem varsa hamısını həll etmişəm. Bundan sonra rahat əl-ayağımı uzadıb, ölə bilərəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. 

Sənətçi qazanc və pulla bağlı səsləndirdiyi fikirləri ilə diqqət çəkib. 

“İndi, bəzi müğənnilərin pulu çox olan kimi gedib arvad alırlar. Mən isə almamışam. Hər şeyi dəyişmişəm, bir tək arvaddan başqa. Hər nə etmişəmsə özüm bilərəm. Deyirlər ki, kişini yaxşı saxlayar, yaxşı arvad, yaxşı ad və yaxşı pul. Amma pul gərək çox olmasın.
Pul çox oldusa çaş-baş düşür. Cızığından çıxanlar, başını itirənlər çox olur. Dünyanın nə bütün pullarını qazana bilərsən, nə də ki gözəl xanımlarını sevə bilərsən”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO