Bella Hadid oruc tutduğunu AÇIQLADI - FOTO

Bella Hadid oruc tutduğunu AÇIQLADI - FOTO

Hazırda oxunan: Bella Hadid oruc tutduğunu AÇIQLADI - FOTO

127357

Dünyaca məşhur supermodel Bella Hadid bütün pərəstişkarlarını, xüsusən də müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, amerikalı model çərşənbə günü sosial şəbəkə hesabından hər kəsə rahat Ramazan diləyib. 

Bella Ramazanın əslində nə olduğunu simvolik şəkildə əks etdirən gözəl qrafik təsviri paylaşıb, burada namaz xalçası, Qurani-Kərim və xurma nümayiş etdirilib. 

O, həmçinin bununla oruc tutduğuna işarə vurub.  

“Hər kəsin Ramazan bayramı mübarək... Qarşıdan gələn ən dinc ay arzulayıram”, - deyə Hadid ay və ulduz işarəsi ilə birlikdə paylaşım edib. 

Fələstin əsilli amerikalı super modelin pərəstişkarları şərh bölməsinə daxil olaraq Bellaya sevgi və xeyir-dualarını yazıblar, onlar həmçinin başqalarına da Ramazan bayramı arzulayıblar. 

Qeyd edək ki, model son 5 aydır ki, spirtli içki qəbul etmədiyini və bunu nailiyyət hesab etdiyini açıqlayıb. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO