Qaraciyərindən əməliyyat olunan aktyor Nazpərini efirdə ağlatdı - VİDEO

Qaraciyərindən əməliyyat olunan aktyor Nazpərini efirdə ağlatdı - VİDEO

Hazırda oxunan: Qaraciyərindən əməliyyat olunan aktyor Nazpərini efirdə ağlatdı - VİDEO

127343

Bir müddət əvvəl qaraciyər serrozundan əziyyət çəkən və əməliyyatı üçün verilişlərin birində vəsait toplanan aktyor Elvin Ağayev xanımı və oğlu ilə "Günaydın Azərbaycan!" səhər şousuna qonaq gələrək, hamını kövrəldib.

Bizim.Media xəbər verir ki, aktyorun əməliyyat xərclərinin bir hissəsini üzərinə götürən və sözügedən verilişdə qonaq olan Xalq artisti Nazpəri Dostəliyeva Elvinlə görüşdükdən sonra göz yaşlarına hakim ola bilməyib.

Müğənninin əlini öpən E.Ağayev bildirib ki, əməliyyata Nazpərinin "Ana" mahnısını dinləyərək girib:

"Xəstəxanada gözləyəndə... Gecələr... Bilmirdim ki, nə olacaq? Qalacağam yoxsa gedəcəyəm... Sizin "Ana" mahnınıza qulaq asırdım. Çünki anam mənim üçün göz yaşı tökürdü. Allaha, sizə, dualara şükür! Nazpəri xanım siz də bir övlad itirmisiniz (oğlu Əli iki il əvvəl dünyasını dəyişib - red.). Mən də bundan sonra sizin bir oğlunuzam".

Elvin bu çıxışından sonra Nazpərini qucaqlayıb və öpüb. Dostəliyeva isə Ağayevin bu sözlərindən təsirlənərək, göz yaşlarına qərq olub.

Həmin anlar isə anbaan proqramın canlı efirində nümayiş olunub. 

Həmin kadrları sizə təqdim edirik:

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO