Tanınmış aparıcı VƏSİYYƏT etdi – “Haqqımı halal etmirəm”

Tanınmış aparıcı VƏSİYYƏT etdi – “Haqqımı halal etmirəm”

Hazırda oxunan: Tanınmış aparıcı VƏSİYYƏT etdi – “Haqqımı halal etmirəm”

126962

Prodüser Oqtay Əliyevin ölümü hər kəsi olduğu kimi sənət dostlarını da hüzünə bürüyüb. 

Bizim.Media xəbər verir ki, tanınmış aparıcı Turan İbrahimov Oqtay Əliyevin dünyasını dəyişdikdən sonra yaxınlarının pərişan vəziyyətdə mediada işıqlandırılmasına etirazını bildirib:

“Vəfat etmiş məşhurların yerdə uzanmış cəsədini, məzara qoyulma anlarını, xüsusi ilə də doğmalarının pərişan vəziyyətini göstərməyi də, ona baxmağı da qeyri-etik sayıram. Sizcə də insanların ən özəl anlarını istismar etmirikmi?

Artıq ölümdən yox, öləcəyim halda özümün və doğmalarımın heç kimin görməsini istəmədiyim hallarının ən vulqar formada ortalığa töküləcəyindən qorxmağa başlamışam.

Vəsiyyətimdir. Mən öləndə heç bir media orqanını nə evimin həyətində, nə evimin içində, nə də qəbrimin üstündə görmək istəyirəm. Doğmalarımın pərişan vəziyyətini çəkib yayanların isə, indidən Allah bəlasını versin. Haqqımı halal etmirəm!”, - deyə sosial hesabında qeyd edib.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO