Nazilə: \

Nazilə: \"Oqtayın üzərimdə haqqı var, bizi yetim qoyub getdi\" - ÖZƏL/VİDEO

Hazırda oxunan: Nazilə: \"Oqtayın üzərimdə haqqı var, bizi yetim qoyub getdi\" - ÖZƏL/VİDEO

126902

"Oqtay şou-biznesin yarıdan çoxunu media dünyasına, efirə gətirən insan olub. Mənəvi ata və ana olub. Çünki bu gün ki gün elə insanlar tanıdıq ki, baxıb görürsən ki, bu Oqtayın və "SOY" productionun məhsuludur".

Bu sözləri şairə Nazilə Səfərli Bizim.Media-nın əməkdaşı ilə söhbətində ötən axşam yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə vida mərasimində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Oqtay Əliyev dəfn olundu - FOTO


Nazilə O.Əliyevin onun üzərində zəhməti olduğunu ilk dəfə etiraf edib: 

"O qədər uzaqdan, rahatlıqla seyr edə bilirdi ki, bir insanı necə məhşur edə bilər, ona qol-qanad verə bilər. Yeri gəlmişkən, mən də onların sırasındayam. Oqtay zamanında mənə də çox dəstək olub. Amma bu haqda nə mən, nə də ki Oqtay heç zaman deməmişik. Oqtayın üzərimdə haqqı var. Allah rəhmət eləsin!"

Mərhumun ailəsinə başsağlığı verən N.Səfərli bu itkidən Dilarənin "dəli olmaq" həddinə çatdığını bildirib:

"Dilarənin halını heç təsəvvür belə etmək istəmirəm. Oqtayla vidalaşmaq üçün onun evinə gələndə tərəddüd etdim. Düşündüm ki, bəlkə getməyim, görməyim bu vida mərasimini. Onda elə qalar ki, Oqtay heş zaman dünyasını dəyişməyib. Gecə saatlarında morqda idim. Dilarənin üzünün ifadəsi və mimikası dəyişir, "gedir-gəlir". Dedim ki, indi bunun başına hava gələcək.

Dilarə o an elə bir şok vəziyyətində idi ki... O nə ağlayırdı, nə də ki danışırdı. Donub, qalmışdı. Çünki Oqtay sıradan, xeyirsiz bir qardaş deyil. Oqtay yetərincə həm ailəsi, həm ölkəmiz üçün bar verən qardaş idi. Allah onun ailəsinə və bizə səbr versin. Oqtay bizi yetim qoydu".
Qeyd edək ki, bir neçə saat əvvəl Oqtay Əliyev Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılıb.

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO