Corcinanın Ronaldodan itirdiyi üç uşağın HEKAYƏSİ – FOTO

Corcinanın Ronaldodan itirdiyi üç uşağın HEKAYƏSİ – FOTO

Hazırda oxunan: Corcinanın Ronaldodan itirdiyi üç uşağın HEKAYƏSİ – FOTO

126608

“Netflix” videoyayım xidməti dünya şöhrətli furbolçu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodrigesin həyatından bəhs edən “Mən Corcinayam” realiti-şousunu təqdim edib. 

Bizim.Media xəbər verir ki, hər biri 40 dəqiqəlik altı epizodda bir modelin, ananın və trendsetterin (modanı müəyyən edən, onun meyllərini təyin edən insanlar – red.) həyatı nümayiş olunub. 

Sözügedən realiti-şouda ulduz futbolçunun sevgilisinin gündəlik həyatı: dostlarla görüşlər, səyahətlər, sosial hadisələr və ev həyatı göstərilib.

Epizodların birində Corcina portuqaliyalı futbolçu ilə münasibətdə olarkən hamilə qalıb, sonra düşürdüyü bir neçə körpəsindən söz açıb. 

Rodrigesin sözlərinə görə, o və Ronaldo həmişə bir neçə uşaq arzusunda olublar, lakin cütlüyün valideynlik yolu heç də asan olmayıb. Qızları Alananın doğulmasından sonra Corcina üç dəfə hamilə qalıb. Corcina həmin uşaqlardan birini itirib. 

Yaşadığı bu ağır travmadan sonra model hətta ultrasəs etməkdən qorxmağa başlayıb: 

“Hər müayinədən əvvəl çox qorxurdum, çünki artıq üç dəfə aşağı düşmüşdüm və sınmışdım. 

Faciəli vəziyyətlərə baxmayaraq, Corcina ümidsizliyə qapılmayıb və cəhd etməyə davam edib. Nəticədə o, əkizlərə hamilə qalıb, lakin daha bir yeni faciə baş verib. Əkizlərdən biri doğuş zamanı dünyasını dəyişib. Cütlük uşağa Mələk adını verib. Rodriges müsahibələrində dəfələrlə etiraf etdiyi bu itkidən çox üzüldüyünü vurğulayıb. 
“Mənim hələ də böyük qarnım var idi və onlara Mələyin daha sonra doğulacağını söylədim”, - deyə Corcina bildirib. 

Qeyd edək ki, ötən il noyabrın əvvəlində Kriştiano jurnalistlərə ilk dəfə olaraq yeni doğulmuş qardaşının ölümünü övladlarına necə dediyini açıqlayıb.

Həmin müsahibədə futbolçu “Mançester Yunayted” rəhbərliyini faciə zamanı diqqətsizlikdə günahlandırıb, bundan sonra klub onun çoxmilyonluq müqaviləsinə xitam verib.

Corcina və Kriştianonun üç böyük övladı var - əkizləri Eva və Mateo və oğlu kiçik Kriştianu. 






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO