Aygün Bəylər:

Aygün Bəylər: "Ciyərim, başqa yerim ağrayır" - VİDEO

Hazırda oxunan: Aygün Bəylər: "Ciyərim, başqa yerim ağrayır" - VİDEO

126411

"Bir il olar ki, xəstəliyimdən xəbərdar oldum. Dedim ki, Allahın imtahanı, qismətidir. Hər şeyimi sənətə bəxş etmişəm: sağlamlığımı, var-dövlətimi, qazandığım pulları. Mənim üçün xalqın alqışı önəmlidir".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər qonaq olduğu "Günaydın Azərbaycan!" səhər şousunda deyib.

Yaşamağın çətin olduğunu söyləyən sənətçi xəstəliyindən söz açıb:

"Bu xəstəliyi Allah verdi ki, göstərsin xalqın duaları ilə səni həyata qaytardım. Yaşamaq çox çətindir. O ki qaldı sənətçi üçün. Çəkilişlərə qaçıram, baxıram ciyərim, başqa yerim ağrayır. Amma deyirəm, eybi yox, xalq dua edəcək və sağalacağam".
Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Aygün Bəylər aylar əvvəl Türkiyədə bir neçə dəfə müalicə alaraq bu xəstəliyə qalib gəldiyini açıqlamışdı.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO