Səidə atası Rafael Dadaşovun vəsiyyətini açıqlayıb AĞLADI - VİDEO

Səidə atası Rafael Dadaşovun vəsiyyətini açıqlayıb AĞLADI - VİDEO

Hazırda oxunan: Səidə atası Rafael Dadaşovun vəsiyyətini açıqlayıb AĞLADI - VİDEO

126391

"Bəzən deyirlər ki, əsəbisən. Deyirəm ki, toxunmayın mənə, atasız qızam. Çox yaralıyam, hər şey məni incidir. Atamdan sonra gözümün parıltısı yox olub".

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova qonaq olduğu "O üz" verilişində deyib. 

Aktyorun ifaçı qızı valideynini itirdikdən sonra həyatında yaşadığı çətinliklərdən söz açıb:

"Rafael Dadaşovdan nəsə soruşanda deyirdi ki, heç nə istəmirəm. Övladlarımı layiqli yerdə görmək istəyirəm. Bir dəfə də ona sual verdilər ki, ürəyiniz nə istəyir? Cavab verdi ki, qızım layiq olduğu yerdə olsun.

Deyirəm ki, özün üçün nəsə istə. Hara gedirdi, zəng vurub soruşurdu, necəsiniz? Telefonunu heç vaxt söndürməzdi. Bir dəfə rayona getmişdi, gecəylə qayıdıb evə gəldi. Telefonum heç vaxt susmurdu. Düşünməzdim ki, telefonum nə zamansa susar...".
Səidə həmçinin atasının vəsiyyətindən bəhs edib:

"Atam son nəfəsində Vahid dayıma dedi ki, qızım sənə əmanət. O, yığanda təskinlik tapıram. Deyirəm ki, atamın vəsiyyətidir. Onun nömrəsini heç kimə vermirəm, özümdə saxlayıram.

Bir dəfə açdım, səhvən qardaşıma o, nömrə ilə zəng getdi. Qardaşım pis oldu, dedi, bir də o, nömrəni işlətmə. Ağrısını göstərən insan deyildi.

Amma ömrünün son günlərində ağrılara dözə bilmirdi. Paltarını dəyişirdim... Yatanda da əynində paltarla yatırdı ki, üstüm açılar. Abırlı insan idi".

Qeyd edək ki, aktyor 2019-cu il dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü. Mərhum sənətkar R.Dadaşov 2020-ci il martın 16-da vəfat edib.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO