Mətanət küsülü olduğu Zaurun verilişinə gəlib AĞLADI – VİDEO

Mətanət küsülü olduğu Zaurun verilişinə gəlib AĞLADI – VİDEO

Hazırda oxunan: Mətanət küsülü olduğu Zaurun verilişinə gəlib AĞLADI – VİDEO

126219

Müğənni Mətanət Əsədovanın aparıcı Zaur Baxşəliyevlə küsülü olduğu üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Zaurla Günaydın” verilişində aparıcı ilə üz-üzə gələrək, göz yaşı axıdıb. 

M.Əsədova bildirib ki, o Zaurun xətrinə dəyib və qarşı tərəf ondan küsüb: 

“Səni (Zaur Baxşəliyev – red.) özümdən çox istəyirəm. Heç nəyə uyma və inanma. Sən mənim iki gözümsən. Sənsiz çox darıxırdım. Elə bir insanam ki, rola girə, aktyorluq edə bilmirəm. İçdən gəlir...

İnsanlar məni qınaya bilər və ya nələrsə deyə bilər ki, “Hə, Mətanət budur”... Kim nə deyir desin, amma mən onları (Zaur Baxşəliyev və xanımı Günay Baxşəliyeva – red.) çox istəyirəm.

"Zəng vurdum Zaura, dedi ki, səndən küsmüşəm. Soruşdum ki, bir də danışmayacaqsan? Dedi, yox. Bu alçalmaq deyil. 

Sevgidə, insanlıqda qürurum yoxdur. Səhvim varsa, milyonlarla insan içində üzr istəməyə hazıram. Zaur bununla məni cəzalandırdı. Sənin bu prinsiplərin... Deyilən sözlərə inanma. Canımsan mənim, bunu bil”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO