Uzun illərdir Azərbaycandan ABŞ-a köçüb, orada yaşayan keçmiş teleradio aparıcısı Günel Hümbətova Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Günel sosial şəbəkə hesablarında məlumat verib.
Anası ilə fotosunu paylaşan Hümbətova “Gəldim çıxdım doğma Bakıya” şərhini yazıb. Daha sonra anası ilə birgə avtomobil ilə yolda gedən Hümbətova Bakının havasından şikayətlənib.
Aparıcı Bakının havasının olduqca zəhərli olduğunu bildirib. Bunu isə Bakıda yaşadığı illərdə deyil, Amerikaya köçüb oradan geri qayıdan zamanı fərqinə vardığını dilə gətirib.
Qeyd edək ki, G. Hümbətova 2015-ci ildə Las-Veqasda Firuz Soliyev adlı şəxslə ailə qurub. Cütlüyün Josefina adlı qız övladı var.
Rəşad Əliyev, Bizim.Media