Klarnet ifaçısı Hüseyn: “Qadınlar “qarpız” kimidir, kəsəndə görürsən ki, içi ağdır” - VİDEO

Klarnet ifaçısı Hüseyn: “Qadınlar “qarpız” kimidir, kəsəndə görürsən ki, içi ağdır” - VİDEO

Hazırda oxunan: Klarnet ifaçısı Hüseyn: “Qadınlar “qarpız” kimidir, kəsəndə görürsən ki, içi ağdır” - VİDEO

125811

“Gərək elə bir insanla ailə qurasan ki, sonradan peşman olmayasan. Yaxşı bir insan, səni anlayan olsun. Sonra isə illərinə heyifin gəlir. Xərclənən pullar və əşyalar və sairə boş şeylərdir. Əsas gedən illərdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmməoğlu qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Proqramda boşanan ailələrdən söz düşərkən sənətçi qadınları “qarpız” adlandırıb: 

“Ailə quranda düzgün seçim etmək həyatda ən önəmli məsələlərdən biridir. Qadınlar “qarpızdır”. Qarpızı kəsirsən, birdə görürsən ki, içi ağdır (gülür). Demək olmaz ki, bütün günahlar kişilərdədir və tərsinə günahlar qadınlardadır. Fərqlidir...

Amma insan ailə qurur ki, xoşbəxt yaşasın. Gələcəyini düşünsün... Bir də görürsən ki, aləm dəydi bir-birinə”. 

Qeyd edək ki, H.Məhəmmədoğlu birinci xanımı İncidən bir neçə il əvvəl ayrılıb. Cütlüyün iki qız övladı var. Musiqiçi daha sonra ikinci dəfə Akademik Milli Dram Teatrının aktrisası və müğənni Aysel İbrahimova ilə ailə qurub. Onların bu nikahdan ötən il Muhammed adlı oğlan övladı dünyaya gəlib.   
 

Rəşad Əliyev, Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO