Aysundan ana olmaq xəbərinə REAKSİYA - VİDEO

Aysundan ana olmaq xəbərinə REAKSİYA - VİDEO

Hazırda oxunan: Aysundan ana olmaq xəbərinə REAKSİYA - VİDEO

125586

Müğənni Aysun İsmayılova növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi “Şou xəbər” verilişinə müsahibəsində ana olması xəbərinə münasibət bildirib. 

“Görək də... Bu il sevindirəcəyəm sizi. Hamı ana olmağımı həm istəyir, həm də gözləyir. Bu isə Allahın verdiyi qismətdir. İnşallah! Ana olsam da səhnəsiz, işsiz qala bilmərəm. Sonra deməyin ki, toya gedir və sairə... Mən sənətimi sevirəm. Rihanna hamilə-hamilə “Diamond” oxuyur, mən də “Alın yazı” mahnımı oxuyaram”, - deyə Aysun bildirib. 

Qeyd edək ki, Aysun İsmayılova ötən il Eşqin Cəlilovla ailə qurub.

Evliliklərindən bir neçə aydan sonra cütlüyün boşandığı iddia olunmuşdu. Lakin Aysun son müsahibəsində yayılan bu xəbərlərin əsassız olduğunu və Eşqinlə barışdığını bildirmişdi.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO