Mənzurə Musayeva: “Mənə bir kişinin arvadı elçi düşüb” - VİDEO

Mənzurə Musayeva: “Mənə bir kişinin arvadı elçi düşüb” - VİDEO

Hazırda oxunan: Mənzurə Musayeva: “Mənə bir kişinin arvadı elçi düşüb” - VİDEO

125462

“Mənim xına məclisimdə bir qarmon, bir nağara olub. Bütün xanımlar oturmuşuq, amma oğlan evindən baldızım gəlib xınamı qarışdırıb. O zaman mənim 20 yaşım vardı. Məni istəyən çox olub. Heç gözəl qızlara mənim qədər elçi çıxan olmayıb. 12 nəfər mənə elçi gəlib. Bu birdən yox, fərqli-fərqli zamanlarda  baş verib. O zamanlar artıq mən müğənni idim.

Deyirdilər ki, bu qızın qapısına nə qədər elçi gəlir. Kaş bir oğlan gələrdi, amma bəxtim yaxşı olardı. 12 elçini nə edirdim mən? Məni günü bu gündə subay oğlan istəyir. Niyə də axı istəməsin?”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva qonaq olduğu “Günün sədası” verilişində deyib.

Sənətçi bildirib ki, bir xanım həyat yoldaşı üçün Musayevaya elçi düşüb:

“Mənə bir kişinin arvadı elçi düşüb. Həmin kişinin xanımı xəstə olub. Kişisini də evləndirmək istəyib. Qadın deyib ki, mən kimi istəsəm, sən də onunla evlənəcəksən. Kişi də onun bu fikri ilə razılaşıb. Həmin qadının ömrünə az qalmayıb, sadəcə xəstə olub.

Xanım mənə zəng vurub söylədi ki, həyat yoldaşıma səni almaq istəyirəm. Mən də özüm-özümə dedim ki, bu həyatda hər şey başıma gəlmişdi, bircə bu qalmışdı gəlməyən. Təbii ki razılıq vermədim.
Mən istəmirəm, yox! Əgər istəsəm günü sabah ərə gedərəm. Mənim nəyimə lazımdır. O xanıma dedim ki, sən deyən xanımlardan deyiləm. Get başqa ünvanda istədiyini axtar. Söylədi ki, istəyirəm səni alsın, çünki mənim səndən xoşum gəlir”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO