Oğlu Baloğlan Əşrəfovun ilk dəfə ona yazdığı VƏSİYYƏTİNİ OXUDU - VİDEO

Oğlu Baloğlan Əşrəfovun ilk dəfə ona yazdığı VƏSİYYƏTİNİ OXUDU - VİDEO

Hazırda oxunan: Oğlu Baloğlan Əşrəfovun ilk dəfə ona yazdığı VƏSİYYƏTİNİ OXUDU - VİDEO

125158

Mərhum Xalq artisti Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov atasının vəsiyyətini açıqlayıb.

Bizim.Media xəbər verir ki, sənətkarın oğlu bu barədə qonaq olduğu "Günün sədası" verilişində danışıb.

Peyman valideynin xəstəxanada dünyadan köçməzdən bir neçə saat əvvəl axşam saat 20:00-21:00 radələrində votsap vasitəsi ilə göndərdiyi səs yazısını canlı efirdə dinlədərək, göz yaşlarına qərq olub. 

O bildirib ki, atası sanki öləcəyini bilirmiş və buna görə ailə üzvlərinə zəng edərək sonuncu dəfə onlarla sağollaşaraq, "halallaşıb".

B.Əşrəfov göndərdiyi səs yazısında Peymana bu sözləri dilə gətirib:

"Balam yaman qorxuram. Bu dəfə Allah məni çox istəyir və məni öz yanına aparmaq istəyir. Nə isə yat, narahat olma. Allah balalarını saxlasın. Evin böyüyü sənsən. Hər şey qanunla belə olmalıdır. Narahat olma, ev sənin üstündədir".

Qeyd edək ki, iki il əvvəl COVID-19-a yoluxan B.Əşrəfov aprelin 26-da dünyasını dəyişib. Mərhum müğənni doğulduğu Masallı rayonunun Bədalan kəndində torpağa tapşırılıb. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO