Türkiyənin məşhur aşpazı CZN Burak Özdemir Kahramanmaraşda baş verən zəlzələdə dağıntılar altında qalan və bir neçə gün sonra xilasedicilər tərəfindən nəşi çıxarılan sosial şəbəkə fenomeni Taha Duymazın ailəsinə baş çəkib.
Bizim.Media xəbər verir ki, ulduz aşpaz ziyarət zamanı çəkilən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Burak paylaşımına "Taha qardaşımın ailəsinə, Məryəm ananın yanına gəldim. Allah rəhmət eləsin" şərhini yazıb.
Qeyd edək ki, T.Duymaz bişirdiyi yeməkləri sosial şəbəkədə paylaşaraq məşhur olmuşdu. Onun 1,3 milyon izləyici var idi.
Rəşad Əliyev, Bizim.Media