Dünya şöhrətli aşpaz Nüsrət Gökçə yenidən Türkiyə üçün xarici ölkələri yardıma çağırıb.
Bizim.Media xəbər verir ki, ulduz aşpaz təyyarəyə sloqan taxaraq onu göyə qaldırıb.
O, həmin görüntüləri sosial media hesabında paylaşıb. İngiliscə yazıda “HELP FOR TURKİYE #SALTBAE” yazılıb.
Nüsrət ifaçı Mustafa Yıldızdoğanın “Bizim Məmləkət” mahnısını da yayımladığı görüntülərə əlavə edib.
Onun bu addımı isə sosial şəbəkə əhli tərəfindən rəğbətlə qarşılanıb.
Rəşad Əliyev, Bizim.Media