Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu növbəti dəfə bayağı ifaçıları məsxərəyə qoyub.
Bizim.Media xəbər verir ki, sənətçi evindəki hamamında krantın əvəzinə quraşdırılan mikrofonun görüntüsünü sosial şəbəkə hesabında paylaşıb.
O, musiqidən və sənətdən anlayışı olmayanlara bu “qurğunu” məsləhət görüb.
“Təzə çıxıb... Bayağı mahnılar oxuyan müğənnilərin çıxdığı yer”, - deyə Hüseyn vurğulayıb.
Qeyd edək ki, H.Məhəmmədoğlu tez-tez bayağı ifaçıları sosial şəbəkədə sərt tənqid edir.
Rəşad Əliyev, Bizim.Media