Nahidə Orucova evindən oğurlanan 1650 manatın AQİBƏTİNDƏN DANIŞDI - ÖZƏL

Nahidə Orucova evindən oğurlanan 1650 manatın AQİBƏTİNDƏN DANIŞDI - ÖZƏL

Hazırda oxunan: Nahidə Orucova evindən oğurlanan 1650 manatın AQİBƏTİNDƏN DANIŞDI - ÖZƏL

124556

Xəbər verdiyimiz kimi, Əməkdar artist Nahidə Orucova jurnalist Şəfəq Ağacanı onun evindən 1650 manat pulunu oğurlamaqda ittiham edib. Sözügedən məsələ isə “Təsir dairəsi” ictimai-sosial verilişində müzakirə olunub.

Proqramın canlı efirinə adının açıqlanmasını istəməyən şəxs zəng vuraraq, həmin məbləği öz cibindən aktrisaya verəcəyini bildirib. Və bu qalmaqallı məsələnin verilişdə son qoyulmasını istəyib. 

Həmin şəxsin 1650 manatı sənətçiyə ödəyib-ödənmədiyini bilmək üçün Bizim.Media-nın əməkdaşı Nahidə Orucova ilə əlaqə saxlayıb.  

Aktrisa bildirib ki, həmin məbləğ adının açıqlanması istəmədiyi şəxs tərəfindən ona ödənilib: 

“Açıq deyim ki, bu pulu əvvəlcə götürmək istəmirdim. Lakin o şəxs çox təkid etdi və söylədi ki, bu bir aktrisa üçün çox böyük məbləğdir. O şəxs öz təkidi ilə bu pulu mənə verdi. Dedi ki, aktrisalar qəpik-qəpik yığırlar.

Nahidə xanım isə elə aktrisalardandır ki, o da pulu alın zəhməti ilə qazanıb, yığıb. O pul pambıq pulu deyil. Əziyyətlə işləyib, aylarla yığılıb. Onun bu sözlərindən sonra pulu qəbul etdim”. 
“Baş verən hadisədən sonra jurnalist Şəfəq Ağacanla dostluq münasibətlərinizi davam edəcəksiniz?” sulına N.Orucova belə münasibət bildirib: 

“Ürəyim o insana (jurnalist Şəfəq Ağacanı –red.) qarşı sındı. Pislik edən insan deyiləm. Mən yaxşılıq etdim, amma başıma belə bir pis hadisə gəldi. Kin saxlayan insan deyiləm. Sabah harada onu görsəm salam verəcəyəm. Amma ürək sındı...

Əgər sən o məbləği götürməmisənsə, gəl mənimlə danış, məsləhətləş, götür-qoy et. Mən heç kimə iftira atmamışam. O məsələdə Allah bilir... Bu söhbətlərə bir daha qayıtmaq istəmirəm. Oldu, keçdi”. 
Sənətçi başına gələn bu hadisədən depressiyaya düşdüyünü və sağlamlığında problemlər yarandığını bildirib: 

“Siz bilsəz mən bu hadisədən nə qədər sarsıntı və əsəb keçirdim. Sağlamlığım getdi. Bir aydan çox stress keçirdim, fikir etdim. Bütün bunların fonunda mən nə qədər çəki atıb, arıqladım. Depressiyaya düşdüm, heç yerə çıxmaq istəmirdim. Niyə görə mən sağlamlığımı kiməsə və nəyəsə görə itirməli idim? Yaxşılığıma görə...

Mənim yaxşılığıma qarşı belə cavab vermək  heç doğru olmadı. Ürəyimin təmizliyindən, yaxşılığımdan, əl tutmağımdan istifadə etdilər”. 

“Başınıza gələn oğurluq hadisəsindən sonra yenə də evinizə kiməsə etibar edəcəksiniz?” sualına Əməkdar artist “Mən yaxşılığımdan qala bilmirəm. İstəyirəm insanlara yaxşılıq edim, onlara əl tutum. Sonda da başıma belə şeylər gəlir. Gözəl ürəyimin başına daş salladılar” cavabını verib. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO