“Avtomobil alandan sonra elə bil düşmənim daha çox artdı. Allah əhatəmdə olanlara on qatını çox versin ki, mənimkində gözləri olmasın. Göz nəzərə gəlməkdən qorxmuram, sadəcə insanların dilinə düşməyi sevmirəm. Bu məsələdə də nömrə birəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “MTV Magazin” verilişinə müsahibəsində deyib.
650 minlik avtomobilindən söz açan cazibədar aktrisa hələ də aldığı nəqliyyat vasitəsi üçün pul ödədiyini açıqlayıb:
“Aldığım avtomobilinin pulunu hələ verib qurtarmamışam. Nağd almamışam. Sevdiyim avtomobildir, hər nədirsə, mənimdir. Çox sürətli maşın idarə etməyi sevmirəm, hansısa rayona gedəndə sürətlə sürürəm. Cərimələrimin hamısını ödəyirəm. Yaxınlaşırlar, deyirlər, kəməri taxmamısız, söyləyirəm ki, yazın. Rüşvət verməmişəm, məndən də tələb olunmayıb. Bundan da yana deyiləm, bir cəzam varsa, cəriməm yazılır, ödəyirəm”.
Rəşad Əliyev, Bizim.Media