Azərbaycanlı bloger 3,8 milyona avtomobil ALIB? - FOTO

Azərbaycanlı bloger 3,8 milyona avtomobil ALIB? - FOTO

Hazırda oxunan: Azərbaycanlı bloger 3,8 milyona avtomobil ALIB? - FOTO

123965

Rusiya və MDB ölkələrində məşhurlaşan video bloqer Hüseyn Həsənov daha bir lüks avtomobil alacağına işarə vurub. 

Bizim.Media xəbər verir ki, hazırda Dubayda olan Hüseyn sosial şəbəkə hesabında 2022- ci ilin lüks modeli “Bugatti Chiron Super Sport” önündə foto paylaşaraq, həmin nəqliyyat vasitəsinə sahiblənəcəyini bildirib.

Diqqət çəkən məqam isə sözügedən avtomobilin qiymətinin 3.8 milyon avro (təxminən 6.8 milyon manat) olmasıdır.
“Anlayırsınız hansı avtomobil qarajımda yer alacaq?”, - deyə H.Həsənov yazıb. 

Qeyd edək ki, bir müddət əvvəl Hüseyn Həsənov Dubaydakı avto salonların birindən dəyəri 1 milyon 233 min manata "Rolls-Royce Ghost" markalı lüks nəqliyyat vasitəsini alıb. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO