Elgiz Əkbər aparıcısı olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində qalmaqallı açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, o, illər əvvəl Türkiyədə yaşadığı dönəmdə türk pop ulduzu Mustafa Sandalın xalasını polisə şikayət etdiyini etiraf edib.
“Türkiyədə 2 il yaşamışam. Orada qaldığım evdə yaşaya bilmirdim. Qonşum evində 200 pişik saxlayırdı. İydən qala bilmirdim.
Getdim şikayət etdim. Dedilər ki, evin sahibi gözəl insandır. Özü də Mustafa Sandalın xalasıdır. Düz İstanbulun ən gözəl yerində olan evini pişik sığınacağı edib. Bir adam da tutub, pişiklərə baxır. O qadının əməllərini gördüm, fəxr etdim ki, belə gözəl insanla qonşuyam. Sonra onunla dost olduq”.
Rəşad Əliyev, Bizim.Media