Uzun müddətdir küsülü olan Xalq artisti Tünzalə Ağayeva və müğənni Nura Suri barışıb.
Bizim.Media xəbər verir ki, sənətçilər paytaxt restoranlarının birində təşkil olunan məclisdə üz-üzə gəlib.
Sosial şəbəkədə paylaşılan görüntülərdə Tünzalə Ağayeva Nura Suriyə yaxınlaşaraq, onu qucaqlayıb. Daha sonra onlar birlikdə rəqs ediblər.
Tünzalənin gecədə ifasını lentə alan Nura həmin anları “Instagram”da paylaşıb.
Qeyd edək ki, illər əvvəl maqazin verilişlərinin birində Nura Suri “Tünzalə özünü hər kəsdən üstün görür. Səsim güclüdür deyə, mən kimdənsə üstünəm. Yəqin deputat olmağa hazırlaşır. Ondan da irəli gələ bilər” deməsi, Tünzalə Ağayeva ilə olan bütün dostluq körpülərini yandırmışdı. Bundan sonra tərəflər düşmənə çevrilmişdilər.
Rəşad Əliyev, Bizim.Media