Məşhurlar Hacı Şahindən YAZDI: “Yolunu azmış bəndə də sizə qulaq asırdı”

Məşhurlar Hacı Şahindən YAZDI: “Yolunu azmış bəndə də sizə qulaq asırdı”

Hazırda oxunan: Məşhurlar Hacı Şahindən YAZDI: “Yolunu azmış bəndə də sizə qulaq asırdı”

123361

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, tanınmış incəsənət nümayyəndələri sosial şəbəkə hesablarında mərhumla bağlı post paylaşaraq, xatirələrini yazıblar. 

Xalq artisti Brilliant Dadaşova: “Bəzən yaxından tanıdığımız insanlar üçün ağlayırıq. Onun hikməti, zəmanəmizə xas olmayan mərifəti, dünyadan getmə qabiliyyəti, səssiz-səmirsiz...”.

Əməkdar artist Emma Ələkbərzadə: “Mənim üçun çox pis xəbər oldu.... Hacı Şahin rəhmətə gedib. Gözəl, savadlı insan. Allah rəhmət eləsin”.  

Əməkdar artist Elşən Cəbrayılov: “Əxlaqlı insan idin, Hacı... Yerin cənnət olsun. Heç gözləmirdim”. 

Aktyor Kamran Ağabalayev: “Hacı, mən onsuz da 1 dəfə yetim qalmışdım...”. 

Müğənni Xatun Əliyeva: “Vay-vay, necə yanıb-yaxıldım bu üzücü xəbərə. Siz Allahını tanıyan hər kəs üçün doğma insan idiniz. O qədər sizə rəğbət bəsləyirdim ki, heyran idim. Çox böyük itki oldu, bütün Hacı Şahin sevənlərinə. Siz neçə-neçə insanı pis yoldan çəkindirirdiniz. Elə çıxışlar edirdiniz, məqamlara toxunurdunuz və onu o qədər savadlı, səmimi şəkildə diktə edirdiniz ki, istər-istəməz yolunu azmış bir bəndə də sizə qulaq asırdı. Bu da hər natiqə xas deyildi. Siz seçilmişdiniz. Yenə də Allahın təqdiri. Ölüm haqdır, nə edə bilərik. Allah sizə rəhmət eləsin. Nurlar içində yatın, Allahın sevimli bəndəsi”. 

Müğənni Xuraman Şuşalı: “Günün ən üzücü xəbəri: Hacı Şahin rəhmətə getdi. Allah sizə rəhmət eləsin. Kaş bu xəbər yalan olaydı”.  

Aparıcı Mətanət Əliverdiyeva: “Çox pis…. O qədər gözəl insan, dost idi ki… Savadı, zəngin və sadə bir insan…. Allah sizə rəhmət eləsin Hacı”.  

Tarzən Humay Qədimova: “Bu gün sübh tezdən Hacı Şahin dünyasını dəyişib. Çox pis oldum. Hələ də inana bilmirəm. Biz sizi çox sevirdik. Anamı itirdiyim vaxtlarımda sizin möüzələriniz məni sakitləşdirdi, dərdimə məlhəm oldu. Niyə belə tez? Allah sizə rəhmət etsin. Allah cənnətlə müjdələsin. Çox heyf…”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO