“Nəvə sədası çox gözəldir. Qulağa çox gözəl yatır. Onun əziyyəti, cəfası da var. Nənə olmaq, əziyyət çəkmək lazımdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova “Şou xəbər” verilişinə müsahibəsində deyib.
Nəvə olmaq sevincini sənətçi bu sözlərlə ifadə edib:
“Cavan yaşda ana və cavan yaşda nənə oldum. Nəvəmin adı Şəmsdir”.
Xanəndə qızı Fatimənin müğənni olması istəyinə bü cür münasibət bildirib:
“Bilirdim ki, Fatimə qızımın çox böyük istedadı və səsi var. Elə oldu ki, o musiqiçi ailəsi ilə ailə qurdu”.
Rəşad Əliyev, Bizim.Media