"Ceyms Bond" Türkiyə ilə Suriyaya külli miqdarda YARDIM ETDİ 

Hazırda oxunan: "Ceyms Bond" Türkiyə ilə Suriyaya külli miqdarda YARDIM ETDİ 

122538

“Ceyms Bond” filminin ulduzu Daniel Kreyq Türkiyə və Suriyada baş verən zəlzələdən zərərçəkənlərə kömək məqsədilə yardım kampaniyasına qoşulub.

Bizim.Media xəbər verir ki, Britaniyalı aktyor faciə qurbanlarına kömək üçün sosial şəbəkə hesabında videomüraciət yayımlayıb.

Britaniyanın 14 xeyriyyə təşkilatını birləşdirən Fəlakətlər üzrə Fövqəladə Komitə (DEC) ilə işləyən 54 yaşlı aktyor zəlzələlərdən sonra 101,5 milyon funt-sterlinq (təxminən 205 milyon 190 min) toplandığını açıqlayıb.

"Zəlzələlər saniyələr içində olsa da, təsiri illərlə davam edəcək. Xəstəxanalar, məktəblər, iş yerləri dağılıb. Şaxtalı qışda yüz minlərlə insan evsiz qalıb. Xahiş edirəm, DEC-i dəstəkləyərək onlara kömək etmək üçün əlinizdən gələni edin”, - deyə aktyor bir neçə gün əvvəl etdiyi ianə çağırışında bildirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO