“İstədiyim təkcə canımın sağ olmasıdır. Heç kim mənə lazım deyil. Əvvəl-axır oldu bitdi də. Artıq axırdır da... Nə olmalıdır ki? Bəlli yaşdan sonra çox işlər görənlər var. Amma bunlar mənlik deyil”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.
Sənətçi özü ilə bağlı müzakirələrə səbəb olacaq iddialı açıqlama verib:
“Süddən çıxmış ağ qaşığam. Bir insan haqqımda bir kəlimə söz deyə, arxasında dura bilməz”.
Bizim.Media