Van Dammın oğlu azərbaycanlı xanımı ilə DƏNİZ SAHİLİNDƏ - FOTO

Van Dammın oğlu azərbaycanlı xanımı ilə DƏNİZ SAHİLİNDƏ - FOTO

Hazırda oxunan: Van Dammın oğlu azərbaycanlı xanımı ilə DƏNİZ SAHİLİNDƏ - FOTO

122058

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın oğlu Kristofer azərbaycanlı pianoçu həyat yoldaşı Suada Hacızadə ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, xanımı ilə Kaliforniyada dəniz sahilində istirahətin dadını çıxararkən çəkdiyi selfisini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Kristofer paylaşımına “"Okean sahili!” qısa şərhini yazıb.

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub.
Kristofer-Suada cütlüyü iki il əvvəl iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

Suada viza ala bilmədiyi üçün həyat yoldaşından ayrı qaldığını, ABŞ-a gedə bilmədiyini bildirib. Onlar ailə qurduqdan sonra Avropanın bir sıra ölkələrində görüşüblər.

Bundan sonra ötən ilin sonunda Suada viza alaraq həyat yoldaşı Kristoferin yanına ABŞ-a gedib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO