"Ramizin xəstə olduğunu bilirdik. Amma ümidimiz çox idi ki, xəstəliyə qalib gələcək. Təəssüf ki, xəstəliyi onu bizim aramızdan apardı. Azərbaycan teatrı sənəti və mədəniyyəti üçün böyük itkidir".
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Xalq artisti Hacı İsmayılov deyib.
Sənətkar mərhum həmkarı ilə bağlı bu fikirləri səsləndirib:
"Ramizin çox gözəl xarakterik rolları vardı və ifa edirdi. Məzəli, yerinə düşən improvizələri olurdu. Mənə ləzzət edirdi. Səhər bu xəbəri eşidəndən bəri özümə gələ bilmirəm".
İsmayılov bildirib ki, sənət yoldaşı ilə ünsiyyəti zamanı səhhətinin yaxşı olmadığını nəfəsinin çatmadığını söyləyib:
"Sonunci dəfə bir yerdə tamaşada oynamışdıq. O, gücdən düşmüşdü. Deyirdi ki, nəfəsim və gücüm çatmır. Optimist insan idi. Gülürdü, danışırdı. Çayxanada aktyor dostları ilə görüşürdü. O xəstəliyini büruzə vermirdi. Əksinə rollarını elə ifa edirdi ki, sağlamdır, yaxşıdır. Onu belə tez itirməyimiz çox ağırdır. Allah rəhmət elesin".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:49 / 21.02.2023
Hacı İsmayılov: "Ramiz deyirdi ki, nəfəsim və gücüm çatmır" - VİDEO
Hazırda oxunan: Hacı İsmayılov: "Ramiz deyirdi ki, nəfəsim və gücüm çatmır" - VİDEO
Hazırda oxunan: Hacı İsmayılov: "Ramiz deyirdi ki, nəfəsim və gücüm çatmır" - VİDEO
121677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.