Britaniyanın 2 ulduzu Karlın tacqoyma mərasiminə qatılmayacaq – “Yox” dedilər - FOTO

Britaniyanın 2 ulduzu Karlın tacqoyma mərasiminə qatılmayacaq – “Yox” dedilər - FOTO

Hazırda oxunan: Britaniyanın 2 ulduzu Karlın tacqoyma mərasiminə qatılmayacaq – “Yox” dedilər - FOTO

121428

Böyük Britaniyanın yeni 74 yaşlı kralı Karl tacqoyma mərasimini gənc nəslin marağına səbəb olması üçün Britaniya səhnəsinin iki əsas ulduzunu - Adel və Ed Şiranı konsert proqramı ilə çıxış etmək üçün dəvət etmək qərarına gəlib. 

Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, hər iki sənətçi kralın tacqoyma mərasiminə qatılmaqdan imtina ediblər.  

Buna səbəb isə hər iki ulduzun cədvəlində krallarını əyləndirmək üçün sadəcə vaxtlarının olmamasıdır.  

Konsertin tacqoyma mərasimindən bir gün sonra, mayın 7-də keçirilməsi planlaşdırılır. Şiran isə bir gün əvvəl Texasda konsert proqramı ilə çıxış edəcək. Lakin Adelin ölkəsi üçün bu əhəmiyyətli mərasimdən imtina etməsi sirr olaraq qalıb. Onun Las-Veqasdakı həftəlik iqamətgahının son konserti martın 25-nə planlaşdırılır, sonra isə ulduz tam sərbəstdir. Onun bu addımından sonra belə bir sual meydana gəlir: “Con Lennon, David Boui, Robert Smit, “The Cure” və bir çox digər ulduzlar kimi müğənni monarxiyanı dəstəkləmirmi?”. 
Hələlik konsertdə hansı ulduzların iştirak etməsi ilə bağlı dəqiq məlumat yoxdur. 






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO