"Rusiya Federasiyasının hökumətinə sülhməramlı kontingentin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış xərclərin təyin olunmuş qayda üzrə maliyyələşdirilməsi, kontingentə daxil olan hərbi qulluqçuların maddi təminatı və onlara pul məvaciblərinin ödənilməsi nəzərdə tutulur”.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin 10 noyabrda Qarabağda sülhün dəstəklənməsi ilə bağlı imzaladığı fərmanda bildirilir.
Sənədin 5-ci bəndində həmçinin qeyd olunur ki, Rusiya Federasiyasının qanunvericiliyinə əsasən sülhməramlıların ailə üzvlərinə də əlavə zəmanət və təzminatlar veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.