Məşhur rok qrupu azərbaycanlı Xalq artistinin arvadı ilə səhnəyə çıxmaqdan İMTİNA ETDİ 

Məşhur rok qrupu azərbaycanlı Xalq artistinin arvadı ilə səhnəyə çıxmaqdan İMTİNA ETDİ 

Hazırda oxunan: Məşhur rok qrupu azərbaycanlı Xalq artistinin arvadı ilə səhnəyə çıxmaqdan İMTİNA ETDİ 

120364

Rus feminist punk-rok qrupu “Pussy Riot” Almaniyanın Visbaden şəhərində keçirilən beynəlxalq festivalda Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın opera divası Anna Netrebko ilə birgə çıxış etməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, musiqiçilər Anna ilə bağlı bir tədbirdə yer almaq istəmədikləri haqda bəyanat yayımlayıblar.

“Heç kim bizə Anna Netrebkonun festivalında iştirak etmək barədə məlumat verməyib. Heç kim bizə deməyib ki, ukraynalılar çıxış etməkdən imtina etdikləri üçün tədbirdə yaranan boşluğu doldurmaq üçün sadəcə olaraq bizimlə bağlamağa çalışırlar”, - qrupun bəyanatında deyilir.
Belə ki, mayın 5-də və 7-də Cüzeppe Verdinin “Nabukko” pyesi əsasında Anna Netrebkonun, eləcə də serb opera müğənnisi Zelko Luçiçin çıxış edəcəyi iki tamaşa keçirilməsi planlaşdırılıb.

Anna Netrebkonun tədbirdə iştirakına etiraz olaraq Ukrayna Milli Operasının musiqiçiləri və Taras Şevçenko adına Xarkov Dram Teatrının artistləri sözügedən tamaşada iştirakdan imtina ediblər.

Festivalın təşkilatçıları Ukraynanın tələblərinə cavab olaraq rus sənətçilərinin və rus musiqisinin çıxışlarından imtina edə bilməyəcəklərini bildiriblər və belə tələblərin “azad ölkədə qəbuledilməz olduğunu” qeyd ediblər.

Qeyd edək ki, Anna Netrebko ilk dəfə deyil ki, tənqidlə üzləşir. Ukraynada Rusiya hərbi xüsusi əməliyyatı başlayandan sonra Anna karyerasında fasilədən sonra Avropa səhnəsinə qayıdıb və xarici teatrlarda çıxış etməyə davam edib.
Rusiyada çoxları bunu “xəyanət” hesab edib.

Lakin Avropada hamı Netrebkonu dəstəkləmir. Məsələn, çoxları onun çıxışlarına etiraz edir və opera divasının konsertlərinin “ləğv edilməsini” tələb edirlər.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO