CZN Burak: “Taha Duymazlı 9 mərtəbəli binanın dağıntıları altında kömək gözləyir” - VİDEO

CZN Burak: “Taha Duymazlı 9 mərtəbəli binanın dağıntıları altında kömək gözləyir” - VİDEO

Hazırda oxunan: CZN Burak: “Taha Duymazlı 9 mərtəbəli binanın dağıntıları altında kömək gözləyir” - VİDEO

119640

Dörd gün əvvəl Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dağıntılar altında qalan sosial media fenomeni Taha Duymazlının xilası üçün işlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, məşhur aşpaz Burak Özdemir sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada Tahanın 9 mərtəbəli binanın altındakı dağıntılarda qaldığını bildirib.

“Dağıntılar altında hələ də insanlar var. Haradansa bir səs gələndə, xilasedicilər bütün Hatayı susdurur. Telefonları bağlatdırırlar. Ona görə də çox mesaj yazmayın. Tahanın olduğu bina 9 mərtəbəlidir. O isə ən aşağı mərtəbədə olub deyə, altda qalıb.
Bütün Hatayı axtarıb, alətlər tapmışam. Amma bu işləri görmək heç də asan deyil. Burada bir bina deyil, minlərlə bina çöküb. Tahanı 8 mərtəbəninin altında axtaracağıq. Anamla belə danışa bilməmişəm.

Əlimdən gələni edirik. Hatay mənim yurdumdur, köhnə halını da bilirəm. Yaxınları insanların gözünün önündə həlak olur. Bütün bunlara şahid olmaq asan deyil. Anlayış göstərin, əsəbi mesajlar yazmayın. Öz dostlarım, qohumlarım da var burada.

Zərərçəkənlər üçün yeməklər bişirirəm, əlimdən gələn yardım göstərməyə çalışıram. Çox xahiş edirəm sizdən, anlayış göstərin. Axtarış zamanı hələ zəlzələlər də davam edir. Tahanın olduğu binanın yanında yatdım.
Taha xalasının evində bacısı Mələk və qardaşı Ümid ilə olub. Gözləməkdən başqa çarəmiz yoxdur. Çünki bu mövzu ilə bağlı biləcəyim bir şeylər yoxdur”, - deyə B. Özdemir vurğulayıb.

Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb. Yaralıların sayı isə 74 242 nəfərdir.

Rəşad Əliyev, Bizim.Media
 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO