“Bu son xəbərlər bizi sarsıtdı və hamımızın ürəyində tikan oldu”.
Bizim.Media xəbər verir ki, bu sözləri məşhur akyor Kamran Ağabalayev sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə deyib.
Sənətçi tanıdıqları insanlara səslənərək, Hatayda zərərçəkənlər üçün yardım istəyib.
“İstanbulda, Ankarada olan dostlarımız Hataya yola düşəcəklər. Sizə müraciət etməkdə məqsədim gündəlik istifadə olunan əşyaları almaqda onlara kömək etməyinizdir. Tələb olunanlar isə isti yorğan, döşək və isti geyimlərdir. Kim yardım etmək istəsə, mənə müraciət etsinlər. Əlimizdən gələni etməliyik”.
Ağabalayev növbəti videomüraciətdə “Əlimizdən gələni etdik. Yardım məqsədi ilə insanlara batareyka, papaq, yorğan, isti geyimlər verdik. Bu gün də ərzaq yığıb, onlara göndərəcəyik. Bunlar isə yenə də sizin dəstəyiniz və köməyiniz sayəsində olacaq.
Unutmayaq ki, bir qardaş Türkiyə var. Necə ki, zamanında qardaşlarımız yanımızda olub. Biz də mütləq şəkildə qardaşlarımızın yanında olmalıyıq. Cəmi bir Türkiyə var. Etdiyiniz hər bir yaxşılığa görə inanıram ki, Allah sizə min əvəzini verəcək” sözlərini dilə gətirib.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə zəlzələdə 3419 nəfər həyatını itirib, 20 534 nəfər isə xəsarət alıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:01 / 07.02.2023
Kamran Ağabalayev yardım istədi: “Unutmayaq ki, qardaş Türkiyə var” - VİDEO
Hazırda oxunan: Kamran Ağabalayev yardım istədi: “Unutmayaq ki, qardaş Türkiyə var” - VİDEO
Hazırda oxunan: Kamran Ağabalayev yardım istədi: “Unutmayaq ki, qardaş Türkiyə var” - VİDEO
118954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.