Türkiyədə yaşayan Cavanşir Quliyev zəlzələnin fəsadlarından danışdı - VİDEO

Türkiyədə yaşayan Cavanşir Quliyev zəlzələnin fəsadlarından danışdı - VİDEO

Hazırda oxunan: Türkiyədə yaşayan Cavanşir Quliyev zəlzələnin fəsadlarından danışdı - VİDEO

118944

“Türkiyədə baş verən zəlzələdən sonra bəzi bölgələrdə elektrik enerjisi və qaz kəsilib. Çünki yanğın və qəza təhlükəsi yüksəkdir. Hətta bəzi şəhərlərə təyyarələr belə enə bilmir. Çünki eniş zolağı zədəlidir, dağılıb. Helikopterlər də yerə eniş edə bilmir. Çünki göydə bulud var, heç nə görünmür. Elə bil ki, bütün bunlar insanların əleyhinə qurulub. Təbiət də imkan vermir ki, baş verən qəzaları dövlət aradan qaldıra bilsin. Yalnız hər şeyi yerin üstü ilə həll edə bilirlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri tanınmış bəstəkar, Yakın Doğu Universitetinin professoru Cavanşir Quliyev qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Sənətkar Türkiyədə minlərlə insanın həlak olub, yaralandığı dəhşətli təbii fəlakətlə bağlı fikirlərini bu cür ifadə edib:

“Yardım işlərinə ordu da cəlb olunub. Onların imkanları genişdir. Axşam saatlarında Türkiyənin müdafiə naziri bildirdi ki, artıq hava koridoru açılıb. Lazim olan köməklik hava nəqliyyatı ilə ölkəyə gətirilir. Zəlzələ elə bir təbii fəlakətdir ki, hər saniyənin dəyəri böyükdür.
İnsanlar dağıntılar arasında qalır. Hər an dağıntılar arasında can verib, ölə bilər. Onları mümkün qədər tez çıxartmaq lazımdır. Ən çətin məsələ isə zəlzələ nəticəsində insanları dağıntılar arasında çıxartmaqdır. Bütün güvvələr buna cəlb olunub”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO